Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində Lənkəran, Lerik və Astara regionundan olan iştirakçılara Araz Əsgərov tərəfindən “Qonaq evlərinin menecmenti ve müştəri məmnuniyyəti” təlimi keçiriləcək. Təlimçi Araz Əsgər, Trakya Universiteti Menecment fakültəsi məzunudur və Odlar Yurdu Universitetində müəllim kimi fəaliyyət göstərir.
Təlimdə “Müştəri ilə ünsiyyət texnikaları”, “Qonaq evlərində əlavə satışlar”, “Qonaq evlərində təmizlik və gigiyenanın təşkili” və s. kimi mövzular müzakirə oluanacaq.
