Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində Lənkəran, Lerik və Astara regionundan olan iştirakçılara Mirağa Kamaloğlu tərəfindən “Kənd turizmində sosial medianın rolu” təlimi keçirilib.
Bəs təlimçimiz Mirağa Kamaloğlu kimdir?
Türkiyədə Ankara Universitetinin İletişim fakültəsi üzrə bakalavr təhsili və Digital Marketinq üzrə təlim almışdır. Mirağa Kamaloğlu müxtəlif şirkətlərdə PR Menecer, mətbuat katibi, baş redaktor vəzifələrində çalışmışdır. Hal- hazırda isə iş karyerasını 360Marcom (Marketing and Advertising) peşəkar fəaliyyətini davam etdirir.
Təlimdə “PR və reklamın təşkili”, “Hədəf kütlənin seçilməsi”, “Sosial şəbəkədən istifadə bacarıqları” və s. kimi mövzular müzakirə olunub.
