Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində Lənkəran, Lerik və Astara regionundan olan iştirakçılara Teyyub Paşayev tərəfindən “Biznes planın yazılması” təlimi keçirilib.
Təlimdə “Sahibkarlıq fəaliyyətinə başlayanlar nələri nəzərə almalıdırlar?”, “Biznesin qurulmasında mühüm işlər”, “Sahibkarlıq ideyasının dəyərləndirilməsi”, “Sahibkarlıq fəaliyyətinin əsas hüquqi formaları” və s. kimi mövzular müzakirə olunub.
Qeyd edək ki, layihədə kənd turizminin inkişafı, yeni sahibkarlıq subyektlərinin yaradılması, əhalinin özünüməşğulluğunun təmin edilməsi və yerli icmaların rifahının yaxşılaşdırılması məqsədilə həyata keçirilir.





