“Kəndlərdə Sahibkarlığın və Özünüməşğulluğun İnkişafı” layihəsi çərçivəsində növbəti dəfə “Biznes planın yazılması” təlimi həyata keçiriləcək.
Bəs təlimçimiz Hümmət Əliyev kimdir?
O, Azərbaycan Beynəlxaq Universitetində Hüquq ixtisası üzrə təhsil almışdır. Hümmət Əliyev Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm Mərkəzi, Quba Regional Aqrar Elm Mərkəzində baş mütəxəssis, “Mina Media” Məhdud Məsuliyyətli Cəmiyyət-də hüquqşünas, “Först Bill Trans” MMC-də direktor müavini, “Akkord İnşaat-Sənaye” ASC-də “Şimal İstehsalat” departamentinin direktor müavini, “AZƏRİQAZ” Qapalı Səhimdar Cəmiyyət Quba Qaz İstismar İdarəsi-də ümumi nəzarət şöbəsinin müdiri, “Azqazservis” MMC-də idarə rəisi, “AtaSığorta” ASC-də şimal filialının direktoru vəzifələrini icra etmişdir. Hal-hazırda “NURAY” MMC-nin icraçı direktoru və “Express Təhsil Mərkəzi Quba” MMC-nin direktoru vəzifələrini icra edir. Həmçinin 2016-cı ildən Beynəlxalq Əmək Təşkilatının sertifikatlaşdırılmış təlimçisidir.
