(+994 70) 202 40 81

Sahibkarlıq obyektləri lazımi avadanlıqlar ilə təchiz edilir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinin “Təmir və Təchizat” mərhələsi uğurla davam edir.

 

Belə ki, Lənkəran, Astara və Lerik regionundan olan 17 sahibkarlıq obyekti əsaslı şəkildə təmir edilərək yerli və xarici turistlərin qonaqlama xidmətini həyata keçirmək üçün sahibkarlara təhvil verilib. Eyni zamanda bu mərhələdə sahibkarlıq obyektləri Dövlət Məşğulluq Agentliyinin aqroturizm zərfi üzrə qonaq evinə lazım olan bütün avadanlıqlarla təmin edilir. Avadanlıqlar siyahısına divan və kreslo dəsti, stol və stul dəsti, yataq dəsti mebeli, qarderob, soyuducu, kondisoner, televizor və televizor şkafı, ütü və ütü masası, mikrodalğalı soba, tozsoran, mətbəx ləvazimatları və s. daxildir. Tezliklə sahibkarlıq obyektlərinin (kənd qonaq evlərinin) açılış mərasimi baş tutacaq.

 

Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd sahibkarlığın inkişafı, özünüməşğulluğun təmin edilməsi və əhalinin rifah halının yaxşılaşdırılmasıdır.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on vk
Share on whatsapp
Share on telegram

XƏBƏRLƏR

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” …

0 baxış

“Kəndlərdə Sahibkarlığın və Özünüməşğulluğun İnkişafı” layihəsi çərçivəsində növbəti dəfə “Biznes planın yazılması” təlimi həyata keçiriləcək.   Bəs təlimçimiz Hümmət Əliyev kimdir?   O, Azərbaycan Beynəlxaq Universitetində Hüquq ixtisası üzrə təhsil …

0 baxış