“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinin “Təmir və təchizat” mərhələsi çərçivəsində Lənkəran, Lerik və Astara regionundakı gələcək sahibkarlıq obyektlərinin təmir prosesi uğurla davam edir. Mart ayından etibarən başlayan təmir prosesi 17 evdən 3-ündə artıq yekunlaşıb.
Təmir nəticəsində ümumilikdə 17 kənd qonaq evi hazırlanacaq və yerli, xarici turistlərinin qonaqlama xidmətini həyata keçirmək üçün sahibkarlara təhvil veriləcək.
Növbəti mərhələdə gələcəyin sahibkarları Dövlət Məşğulluq Agentliyi tərəfindən verilən avadanlıqlar ilə təmin ediləcək.




