“Kəndlərdə Sahibkarlığın və Özünüməşğulluğun İnkişafı” layihəsi çərçivəsində Lənkəran, Astara və Lerik regionundan olan layihə iştirakçıları ilə məsləhət xarakterli işgüzar görüşlər keçirilib.
Görüşdə seçilmiş şəxslərə layihənin “Təmir və təchizat” və “Dəstək” mərhələləri barədə ətraflı məlumat verilib və iştirakçılar ilə müzakirə həyata keçirilib. Eyni zamanda iştirakçıları maraqlandıran suallar detallı şəkildə cavablandırılıb.
Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində qeyd olunan regionda 17 sahibkarlıq subyektinin təsis olunması nəzərdə tutulur.



